Yığma komandamız səfərdə Bosniya və Herseqovina ilə üz-üzə
Bu gün futzal üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinada ilk beynəlxalq yoldaşlıq oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, yığmamız yerli milli komanda ilə üz-üzə gələcək.
Görüş Seniça şəhərində baş tutacaq və Bakı vaxtı ilə 22:00-da start götürəcək.
Komandalar 2 gün sonra eyni arenada ikinci dəfə qarşılaşacaqlar.
Bu, millimizin AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı keçirəcəyi matçlar öncəsi son yoldaşlıq oyunları olacaq.
Beynəlxalq yoldaşlıq oyunu
22:00 Bosniya və Herseqovina - Azərbaycan
Zenitsa, "Huseyn Smayloviç" Arenası.