Avropa çempionatı: Millimiz seçmə mərhələdə Lüksemburqla qarşılaşır
17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində B Liqasının 5-ci qrupunda ikinci - sonuncu oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, yığmamız meydan sahibi Lüksemburqla qarşılaşacaq.
Matç Bettemburq şəhərində yerləşən "Munisipial" stadionunda təşkil olunacaq.
Xatırladaq ki, komandamız qrupun ilk görüşündə Serbiyaya 0:10 hesabı ilə uduzub.
3 komanda arasında qrup qalibi birbaşa A Liqasına vəsiqə əldə edəcək
Avropa çempionatı, seçmə mərhələ. B Liqası, 5-ci qrup. 2-ci tur
19:00 Azərbaycan (U-17) - Lüksemburq (U-17)
Baş hakim: Mzevinari Şaraşanidze (Gürcüstan).
Baş hakimin köməkçiləri: Sopo Tsulaya (Gürcüstan), Maria Detsi (Yunanıstan).
Dördüncü hakim: Eirini Pinqiu (Yunanıstan).
"Munisipial" stadionu, Bettemburq.