"Dinamo" Qubadakı "Ulduz Cup" beynəlxalq turnirinin qalibi oldu

"Dinamo" Qubadakı "Ulduz Cup" beynəlxalq turnirinin qalibi oldu

Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən "Ulduz Cup" beynəlxalq turniri başa çatıb.

Mediasport.az xəbər verir ki, finalda təmsilçimiz "Ulduz" "Dinamo" (Minsk, Belarus) ilə qarşılaşıb.

Həlledici oyunda qələbə qazanan Belarus klubu turnirin çempionu adına layiq görülüb, "Ulduz" gümüş medalla 2-ci pillədə qərarlaşıb.

3-cü yer uğrunda mübarizədə "Bunedkor" (Özbəkistan) "Saburtalo"dan (Gürcüstan) üstün olub və "bürünc"ə sahib çıxıb.