Xəyal Nəcəfov "Turan Tovuz"dan ayrılır? - "Çox şey özümdən asılıdır"

Xəyal Nəcəfov "Turan Tovuz"dan ayrılır? - "Çox şey özümdən asılıdır"

"Fikrimcə, komanda olaraq özümüzü doğrultduq. Kubokda da yarımfinalda məğlub olduq. Çox komanda 6-cı yeri tutmaq istəyirdi. Amma bunu biz bacardıq. Mövsümü uğurlu hesab edirəm".

Bu sözləri mediasport.az saytına açıqlamasında "Turan Tovuz"da çıxış edən yarımmüdafiəçi Xəyal Nəcəfov deyib.

Müqavilə ilə "Neftçi"yə məxsus futbolçu şəxsi performansı haqda danışıb, komandasının onu geri qaytarmaq istədiyilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"Mənə gəlincə, maksimum potensialım bu deyil, daha yaxşı Xəyal görə bilərdik. Çox şey özümdən asılıdır, inşallah, üzərimdə daha çox işləyəcəm. Əlimdən gələni eləməyə çalışıram, alınmayanda alınmır. "Turan Tovuz"da oynamaqdan məmnunam. Yeni mövsümdə burada olub-olmayacağımla bağlı konkret heç nə deyə bilmərəm. Bu, klub rəhbərliyinin verəcəyi qərardır".

Qeyd edək ki, 26 yaşlı futbolçunun Tovuz klubu ilə icarə müqaviləsi gələn ay başa çatacaq.