“Qarabağ” birinci hissədə fantastik oynadı" - İtalyan Françesko Farioli
"Dünən də demişdim, rəqib kifayət qədər güclü komandadır. Bilirdik ki, bizim üçün asan olmayacaq. Nəticə məni çox razı saldı. Futbolçularım bacarıqlarını nümayiş etdirərək qalib gəldi. Növbəti oyunlara köklənməyə çalışacağıq".
Mediasport.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının əsas mərhələsinin "Qarabağ"la 3-cü tur qarşılaşmasından sonra "Ayaks"ın baş məşqçisi Françesko Farioli deyib.
İtalyan mütəxəssis 3:0 hesablı qələbə haqda təəssüratlarını bölüşüb.
35 yaşlı çalışdırıcı bildirib ki, Azərbaycan çempionunun matçın əvvəlində qırmızı vərəqə alması onların işini asanlaşdırıb:
“Qarabağ” birinci hissədə fantastik oynadı. Oyuna enerjili başladılar. Təbii ki, qırmızı vərəqədən sonra işlər lehimizə getdi. Daha çox şans yaratdıq. Buna baxmayaraq, “Qarabağ” sona qədər təzyiq göstərdi".
Farioli şotlandiyalı hakimlər briqadasının idarəçiliyi haqda danışmaq istəməyib:
"Bizim işimiz bu deyil. Ona görə hakim idarəçiliyi ilə bağlı danışa bilmərəm. Biz heç vaxt onların qərarlarını müzakirə etmirik. Bu, bizim prinsipimizdir".