"Sabah"da yeni müqavilə
"Sabah" qapıçı Nicat Mehbalıyevlə müqavilənin müddətini uzadıb.
Mediasport.az xəbər verir ki, 23 yaşlı qolkiperlə 2026-cı ilin iyun ayına qədər yeni sözləşmə imzalanıb.
Xatırladaq ki, Mehbalıyev 2020-ci ildən Masazır təmsilçisinin formasını geyinir.