AFFA Diniyevin cəzasını azaltdı, "Zirə"ni 2400 manat cərimələdi

AFFA Diniyevin cəzasını azaltdı, "Zirə"ni 2400 manat cərimələdi

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

mediasport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzası 1-ə endirilib.

Premyer Liqanın X turunun “Sabah” – “Zirə” oyununda “Zirə” klubunun 91 nömrəli futbolçusu Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına,  qırımızı vərəqə alaraq meydançanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığına görə İntizam Məcəlləsinin 33-cü maddəsi nəzərə alınmaqla  1 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (33-cü maddə tətbiq olunmaqla 47.2-ci və 65.1-ci maddələr).

Stadiondakı əmlaka “Zirə” klubunun 91 nömrəli futbolçusu Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya edilsin. (maddə 65.2).

Premyer Liqanın XI turunun “Səbail” – “Şamaxı” oyununda “Səbail” klubunun 39 nömrəli futbolçusu Tural Bayramlı oyunun 42-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1).

XI turunun “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun 21 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı oyunun 75-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1).