"Şamaxı" Bundesliqada oynamış forvardı transfer etdi - VİDEO
“Şamaxı” növbəti transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi almaniyalı hücumçu Leroy Mikelsi heyətinə qatıb.
29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Mikelsin son klubu Səudiyyə Ərəbistanında “Əl Taraji” olub.
“Borussiya”(Münhenqladbax) klubunun yetirməsi karyerası ərzində “Sankt-Pauli”, “Allemaniya Ahen”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Vays Oberhauzen”, “Spartak Varna” klublarında da oynayıb.
Xatırladaq ki, forvard "Sabah"da oynayan Coy-Lens Mikelsin qardaşıdır.