Diniyevin komandası liderlik şansını son saniyələrdə itirdi

Diniyevin komandası liderlik şansını son saniyələrdə itirdi

Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, yarımmüdafiəçinin komandası səfərdə lider "Kocaelispor"la üz-üzə gəlib.

Coşqunun 77 dəqiqə meydanda olduğu qarşılaşmada Bandırma təmsilçisi qələbəni son saniyələrdə əldən verib - 2:2.

Diniyevin komandası 25 xalla 2-ci pillədə qərarlaşıb.