"Qarabağ" və "Neftçi"də oynamış futbolçu bölgə klubuna keçdi
Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan “İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, Aran klubu son olaraq “Qaradağ Lökbatan”da çıxış etmiş Mehdi Tahirovla müqavilə bağlayıb.
23 yaşlı yarımmüdafiəçi daha əvvəl “Qarabağ” və “Neftçi”nin formasını geyinib.