"Qarabağ" - "Zirə" finalına doğru: Komandaların 37-ci qarşılaşması

"Qarabağ" - "Zirə" finalına doğru: Komandaların 37-ci qarşılaşması

Azərbaycan Kubokunun finalında üz-üzə gələcək “Qarabağ”la “Zirə” 37-ci dəfə qarşılaşacaq.

Mediasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, komandalar indiyədək 36 dəfə görüşüblər.

Bu matçlardan 35-i Premyer Liqa, 1-i kuboka təsadüf edib. Ağdam təmsilçisi 23, bakılılar isə 1 dəfə qalib gəlib.

12 qarşılaşma heç-heçə bitib.

Yeganə kubok görüşündə də sülh qeydə alınıb. İki il əvvəl finalda üz-üzə gələn rəqiblər kubokun taleyinə penaltilər seriyasında aydınlıq gətiriblər. Daha dəqiq olan “Qarabağ” titula yiyələnib.

Əvvəlki matçlarda Qurban Qurbanovun komandası 71, "Zirə" 18 qola imza atıb.