Azərbaycan birinciliyində 62 komanda mübarizə aparacaq

 Azərbaycan birinciliyində 62 komanda mübarizə aparacaq

Sabah yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.

Mediasport.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.

6 gün davam edəcək birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu qatılacaq.

Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq.