"Kəpəz"dən ayrılan futbolçu Malta klubu ilə müqavilə bağladı

"Kəpəz"dən ayrılan futbolçu Malta klubu ilə müqavilə bağladı

"Kəpəz"dən ayrılan Redon Mihananın yeni klubu məlum olub.

Mediasport.az xəbər verir ki, albaniyalı vinger karyerasını Maltada davam etdirəcək.

Mihana "Hamrun Spartans" klubuna keçib. 25 yaşlı futbolçu Malta təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Mihana mövsümün ilk yarısında "Kəpəz"də çıxış edib və 4 rəsmi matçda iştirak edib.