Julio Romao vidalaşdı: "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram"
"Çox sağ ol, "Qarabağ". Çox sağ ol, Azərbaycan. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram".
Mediasport.az xəbər verir ki, bunu "Qarabağ"dan Macarıstanın "Ferensvaroş" klubuna keçən Julio Romao deyib.
26 yaşlı braziliyalı futbolçu Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında hər kəsə təşəkkür edib:
"Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim anlar üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Hər zaman sizi dəstəkləməyə davam edəcəyəm".
Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Romao 120 oyunda 2 qol vurub.
O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.