Yığmamız Xorvatiyaya yollanır

 Yığmamız Xorvatiyaya yollanır

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə milli komandası Xorvatiyaya yollanır.

Mediasport.az xəbər verir ki, yığmamız Xorvatiyanın Osiyek şəhərində yeniyetmələrin “Europe Youth Series” turnirində iştirak edəcək.

Yarışda baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Mələk Əhmədzadə mübarizə aparacaq.

Beynəlxalq turnirə fevralın 9-da yekun vurulacaq.