İtaliyadan gələn vingerdən Azər Bağırova MESAJ: "HAZIRAM"

İtaliyadan gələn vingerdən Azər Bağırova MESAJ: "HAZIRAM"

“Meydana çıxmağa hazıram. Amma bu, baş məşqçiyə aid məsələdir. Mənə şans veriləcəyi günü səbirsizliklə gözləyirəm”.

Mediasport.az xəbər verir ki, bunu “Kəpəz”in yeni transferi Trent Buhaqyar deyib.

Avstraliyada doğulmuş maltalı Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib. 26 yaşlı vinger yeni komandasında bir müddətdir məşqlərə qoşulduğunu və oynamağa hazır olduğunu bildirib:

“Uğurlarda payımın olmasını istəyirəm. Qələbəyə həvəsli, istəkli komandamız var. Oyunçular meydanda can qoyurlar. “Səbail” və “Sabah”a qarşı oyunları tribunadan izləmişəm. Bakıdakı görüşdə bəxtimiz gətirmədi. Komanda qələbə qazanmağa çalışdı. Lakin alınmadı. Tovuzda isə daha döyüşkən ruhda oynadıq və layiq olan qələbəni qazandıq. Ümid edirəm ki, bundan sonrakı matçlarımız da eyni tərzdə keçəcək”.

Trent komandanın qarşısına qoyulan hədəfi bildiyini və bunun reallaşması üçün çalışacağını deyib:

“Kollektivdə keyfiyyətli futbolçular çoxdur. Hamı bir məqsəd üçün mübarizə aparır. Məşqdə də, oyunda da görünən budur. İnanıram ki, vəzifənin öhdəsindən gələ biləcəyik. Mən də komandanın bir parçası olaraq bu tapşırıq üçün gücümü qoyacağam”.

Qeyd edək ki, Malta yığmasının üzvü ilə "6 ay+1 il" müddətinə müqavilə imzalanıb.