Millimiz Monteneqroda beynəlxalq turnirdə gücünü sınayacaq
Minifutbol üzrə Azərbaycan milli komandasının mayın 21-dən iyunun 1-dək evdə keçiriləcək dünya çempionatına hazırlıq planları müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv mundialı startına bir aydan çox vaxt qalmış hazırlığa başlayacaq.
Aprelin 18-də 10 gün müddətinə Monteneqroya yollanacaq millimiz beynəlxalq turnirdə iştirak edəcək.
Bundan sonra isə yığma komandamızın Slovakiyanın Koşitse şəhərində təlim-məşq toplanışı və turnirdə çıxış etməsi gözlənilir.