Mahirin komandası III mərhələdə ilk matçına çıxır - Çempionlar Liqası

Mahirin komandası III mərhələdə ilk matçına çıxır - Çempionlar Liqası

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" bu gün digər 18 komandadan fərqli, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk matçına çıxacaq.

mediasport.az xəbər verir ki, ötən həftə ilk oyun çərçivəsində AEK-lə Afinada baş tutmalı olan görüş faciə səbəbindən təxirə salınmışdı.

Matçdan əvvəl azarkeşlər arasında yaşanmış insident nəticəsində bir yunan fanat dünyasını itirdiyi üçün UEFA qarşılaşmanı təxirə salaraq duelin boş tirbunalar önündə keçirilməsinə qərar verib.

Beləliklə, bu gün ilk oyun Zaqrebdəki "Maksimir" stadionunda, avqustun 19-da isə Afinada baş tutacaq.


UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi. İlk oyun


22:00 "Dinamo" (Xorvatiya) - AEK (Yunanıstan)

Baş hakim: Joau Pineyru (Portuqaliya)

Xorvatiya, Zaqreb, "Maksimir" stadionu