Stolüstü tennisçilərimiz beynəlxalq turniri 3 medalla başa vurdular

 Stolüstü tennisçilərimiz beynəlxalq turniri 3 medalla başa vurdular

Stolüstü tennisçilərimiz Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” yarışını 3 medalla başa vurublar.

Mediasport.az xəbər verir ki, turnirin son günündə mübarizə aparan Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində gümüş medala sahib çıxıb.

Həmyerlimizlə koreyalı həmkarı Ma Yeongmin finalda Türkiyə idmançıları Kenan Kahraman və Görkem Ocala uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bundan əvvəl Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc mükafata layiq görülüb.