Millimiz Bakıda yunanlarla bacarmadı - Avropa çempionatı
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının əsas mərhələsində növbəti matçına çıxıb.
Mediasport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakıda Yunanıstan seçməsini qəbul edib.
Dünya reytinqində 82-ci pillədə qərarlaşmış rəqibinə güc gələ bilməyən futzalçılarımız məğlubiyyətdən son dəqiqədə xilas olublar.
FİFA sıralamasında 26-cı olan Azərbaycan yığması indiyədək seçmə mərhələlərdə 4 dəfə qarşılaşdığı yunanlara hər 4 matçda böyük hesablarla qalib gəlmişdi.
Xatırladaq ki, futzalçılarımız qrupda daha əvvəl Bakıda İsveçlə heç-heçə (3:3) edib, səfərdə Xorvatiyaya uduzublar (2:9).
Hazırda aktivindəki 2 xalla qrup sonuncusu olan millimiz növbəti görüşünü martın 11-də səfərdə məhz Yunanıstana qarşı keçirəcək.
AVRO-2026. Əsas mərhələ. V qrup
Azərbaycan - Yunanıstan 2:2
Qollar: Oqtay Rüstəmli, 1, Papakostas, 39-avtoqol - Tanka, 15, Marionis Ntatis, 38.
Hakimlər: Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç).
Timekeeper: Ramil Namazov (Azərbaycan).
Hakim-inspektor: Stefan Tivold (Sloveniya).
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)