UEFA Avropa çempionatına ev sahibliyi edəcək ölkələri açıqladı

UEFA Avropa çempionatına ev sahibliyi edəcək ölkələri açıqladı

21 yaşadək futbolçular arasında 2027-ci il Avropa çempionatının final mərhələsinin keçiriləcəyi ölkələr açıqlanıb.

Mediasport.az xəbər verir ki, oyunlara Serbiya və Albaniya ev sahibliyi edəcək.

UEFA tək namizəd olan bu iki ölkənin birgə müraciətinə müsbət cavab verib.

Turnirin final mərhələsində 16 komanda çıxış edəcək.

Qitə birinciliyinin açılış matçı Serbiyada, final qarşılaşmasıa Albaniyada təşkil olunacaq.