"Zirə"nin üzvünü "Fənərbağça", "Beşiktaş" və "Monako" istəyir

"Zirə"nin üzvünü "Fənərbağça", "Beşiktaş" və "Monako" istəyir

"Zirə"nin qvineyalı vingeri Salifu Suma daha bir neçə klubun transfer siyahısına düşüb.

Mediasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin xidmətində “Fənərbağça" və "Beşiktaş", həmçinin Fransanın "Monako" klubları maraqlıdır. 

Bu barədə türkiyəli futbol şərhçisi və insayder Serhat Kantoğlu X səhifəsində məlumat verib.

Qeyd edək ki, Ukraynanın "Dinamo" (Kiyev) klubu da qvineyalı futbolçunu transfer etmək istəyir.