"Kəpəz" "Neftçi"ni qəbul edir, "Sabah" "Sumqayıt"la qarşılaşır - Azərbaycan Kubokunda 1/4 final

"Kəpəz" "Neftçi"ni qəbul edir, "Sabah" "Sumqayıt"la qarşılaşır - Azərbaycan Kubokunda 1/4 final

Bu gün futbol üzrə Azərbaycan Kuboku yarışında 1/4 final mərhələsinin ilk matçları start götürəcək.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

"Neftçi" Tovuz stadionunda, "Sabah" evdə meydana çıxacaq.

1/4 final mərhələsinin digər ilk görüşləri sabah baş tutacaq.

Cavab qarşılaşmaları fevralın 27-28-də oynanılacaq.


Azərbaycan Kuboku. 1/4 final. İlk oyunlar


16:00. “Kəpəz” - “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə

AVAR: Nicat İsmayıllı

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tovuz şəhər stadionu


18:30. “Sabah” - “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“Bank Respublika Arena”