Kadi Borges "Qarabağ"da - RƏSMİ

Kadi Borges "Qarabağ"da - RƏSMİ

“Qarabağ” qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, Ağdam klubu sabiq futbolçusu Kadi Borgesi heyətinə qaytarıb.

Ötən ilin yayında Rusiyanın "Krasnodar" komandasından Macarıstanın “Ferensvaroş” klubuna keçən braziliyalı vinger "köhlən atlar"la müqaviləyə qol çəkib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər “Qarabağ”ın formasını geyinib.

Təxminən 4 milyon avro qarşılığında Rusiya klubuna keçən Kadi "köhlən atlar"ın heyətində 75 oyunda 28 qol vurmuşdu.