Misirdə təlim-məşq toplanışında olan Azərbaycanın 2-ci Liqa klubu Fransa təmsilçisini məğlub etdi
Azərbaycanın 2-ci Liqa klubu "Şimal"ın Misirdə təlim-məşq toplanışı davam edir.
Mediasport.az xəbər verir ki, Şarm əl Şeyx şəhərində hazırlıq keçən bölgə təmsilçisi artıq iki yoxlama oyununda qüvvəsini sınayıb.
"Şimal" ilk olaraq Fransa Futbol Federasiyasının Səudiyyə Ərəbistanında fəaliyyət göstərən akademiyasının komandası ilə qarşılaşıb və 5:2 hesablı qələbə qazanıb.
Təmsilçimiz bu gün yerli "Konkorde" kollektivi ilə üz-üzə gəlib və rəqibə şans verməyib - 6:0.
Xatırladaq ki, Xaçmaz klubu 2-ci Liqada 13 tura 31 xal toplayıb və lider "Şahdağ Qusar"dan 8 xal geri qalır.