Otto Con təşəkkür etdi: "Turan Tovuz"da oynamaq çox xoş idi"

Otto Con təşəkkür etdi: "Turan Tovuz"da oynamaq çox xoş idi"

“Turan Tovuz”dan ayrılan Otto Con sosial şəbəkədə paylaşım edib.

Mediasport.az xəbər verir ki, Liviyanın “Əl Mədinə” klubuna keçən nigeriyalı hücumçu hər kəsə minnətdarlığını çatdırıb:

"Klub rəhbərliyinə təşəkkür edirəm. Çox sağ olun, məşqçilərə, komanda yoldaşlarıma və təbii ki, heyrətamiz azarkeşlərə: möhtəşəm dəstəyə və “Turan Tovuz” ailəsinin bir parçası olduğunuza görə təşəkkür edirəm. Bu komandada oynamaq oynamaq çox xoş idi".

27 yaşlı forvard Tovuz klubuna 2023-cü ildə transfer olunmuşdu.