Rəhim Sadıxov da karyerasını "Turan Tovuz"da davam etdirəcək

 Rəhim Sadıxov da karyerasını "Turan Tovuz"da davam etdirəcək

"Turan Tovuz" qış fasiləsində növbəti transferini həyata keçirib.

Mediasport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi "Sumqayıt"dan Rəhim Sadıxovu transfer edib.

28 yaşlı yarımmüdafiəçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək mümqavilə bağlanılıb.

Son olaraq “Sumqayıt”da forma geyinən futbolçu, ölkəmizdə “Zirə”, Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo” klublarının şərəfini qoruyub.

Rəhim Sadıxov əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Turan Tovuz" Mahaçqala "Dinamo"sundan yarımmüdafiəçi Anton Kraçkovskini də icarəyə götürüb.