Mendilibar: “Qarabağ”a qalib gəlmək vacib deyil, amma..."

Mendilibar: “Qarabağ”a qalib gəlmək vacib deyil, amma..."

“Qarabağ”a qalib gəlmək vacib deyil. Amma onları məğlub etmək istəmək, cəhd etmək və buna nail olmaq üçün mümkün olan hər şeyi etmək lazımdır".

Mediasport.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının əsas mərhələsinin son turu çərçivəsində sabah "Qarabağ"ı qəbul edəcək Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Xose Luis Mendilibar deyib.

İspaniyalı mütəxəssis matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib sabahkı qarşılaşma haqda düşüncələrini bölüşüb:

“Qarabağ”ı ən zəif komanda kimi görmürük. Onlara bənzər başqa komandalar da var. Sadəcə, yaxşı nəticələr əldə etməyiblər. Lakin bu, onların rəqabətdə pis komanda olduqları demək deyil.

İstədiyimiz nəticəni əldə etmək üçün yaxşı oynamalıyıq. Qalib gəlmək üçün səy göstərəcəyik və sonra digər oyunların nəticələrinin necə olacağını görəcəyik".

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.