"Qarabağ"ın oyununa baxmaq istəyirsən? 3 manat ver, biletini al

"Qarabağ"ın oyununa baxmaq istəyirsən? 3 manat ver, biletini al

Azərbaycan Premyer Liqasının 6-cı turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri satışa çıxarılır.

Mediasport.az xəbər verir ki, azarkeşlər biletləri sabah saat 11:00-dan iticket.az saytından əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Sentyabrın 15-i, 16-ı və 17-də isə Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da bilet satışı həyata keçiriləcək.

Görüş saat 19:30-da başlanacaq.