Həvəskar velosipedçilərin iştirakı ilə yarış təşkil edilib - FOTO

  Həvəskar velosipedçilərin iştirakı ilə yarış təşkil edilib - FOTO

Naxçıvanda 10 km məsafə üzrə velosiped yarışı keçirilib.

Mediasport.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən muxtar respublikanın 100 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə 10 km məsafə üzrə velosiped yarışı təşkil olunub. 

İdman tədbirinə müxtəlif qurumların əməkdaşları və 14 yaşdan yuxarı şəxslər olmaqla, 100-dən çox həvəskar velosipedçi qatılıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib və ilk üç yerin sahiblərini  diplomla təltif edib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Cavid Qasımlı yarışın qalibi olub. Digər polis əməkdaşı Asiman Cabbarov ikinci yerə sahib çıxıb. Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Fərid Allahverdiyev isə üçüncü olub.