"Qəbələ"nin növbəti transferləri israilli futbolçular oldular - RƏSMİ
Yeni mövsümə hazırlaşan “Qəbələ” heyətinə daha iki futbolçu qatıb.
MediaSport.az xəbər verir ki, “qırmızı-qaralar” Gilad Abramov və Usama Xalaylanın keçidini rəsmiləşdirib.
Yarımmüdafiəçi Abramovla 2 illik müqavilə imzalanıb.
23 yaşlı futbolçu peşəkar karyerasına 2018/19 mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.
25 yaşlı forvar Usama ilə 1+1 illik müqavilə bağlanıb.
Xalayla peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra forvard Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Raynanın “Makkabi” klubuna icarəyə verilib.
İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Usama əsas millidə də forma geyinib. O, 2021-ci ildə bu komandada debüt edib.