Milli komandamız Dubaya yollandı

  Milli komandamız Dubaya yollandı

Stolüstü tennisçilərimiz bu gün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüblər.

Mediasport.az xəbər verir ki, milli komandamız Dubayda təşkil olunacaq növbəti "WTT Youth Contender" turnirində iştirak edəcək.

Yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Şəbnəm Mansurova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparacaq.

Mübarizəyə sabah start veriləcək və turnir 17 oktyabrda yekunlaşacaq.