"Sabah" "Kopenhagen"ə məxsus 26 yaşlı milli üzvünü transfer etdi
Premyer Liqada qeyri-sabit çıxış edən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Mediasport.az saytına verilən məlumata görə, Murad Musayevin komandası transfer hüququ "Kopenhagen"ə məxsus Lüter Sinqi transfer edib.
Danimarka klubunun cənubi afrikalı vingeri hazırda Bakıdadır və qeyri-adi hadisə baş verməsə, tərəflər 2 illik müqavilə bağlayacaqlar.
2017-ci ildən ölkəsinin milli komandasında çıxış edən 26 yaşlı futbolçu İsveçdə QAİS, Portuqaliyada "Braqa B", "Çaveş", "Moreyrense", və "Pakoş" klublarında forma geyinib.
Əsasən icarələrdə olmuş Sinq "Kopenhagen"in heyətində 4 görüş keçirib.