"Qarabağ"lının komandası qələbə qolunu 90+6-cı dəqiqədə vurub

"Qarabağ"lının komandası qələbə qolunu 90+6-cı dəqiqədə vurub

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçin formasını geyindiyi Monteneqro yığması AÇ-2024-ün seçmə qrup mərhələsində növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Miodraq Raduloviçin komandası doğma meydanda Bolqarıstan yığmasını qəbul edib.

Ağdam klubunun futbolçusunun 84 dəqiqə meydanda olduğu matç monteneqroluların əzmkar qələbəsilə yekunlaşıb. Meydan sahibləri qələbə topunu 90+6-cı dəqiqədə vurublar - 2:1.

Monteneqro 5 turdan sonra 8 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.