İspaniya və Fransa yarımfinalda!

İspaniya və Fransa yarımfinalda!

Bu gün Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında ilk yarımfinalçılar müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Fransa və İspaniya adlarını 1/2 finala yazdırıblar.

1/4 finalın ilk matçında üz-üzə gələn İspaniya və Almaniya milliləri bunadək 10 dəfə qarşılaşmışdılar.

Pireneylilər 4, cari turnirə ev sahibliyi edən almanlar 2 dəfə qələbə qazanıblar. 4 oyun "sülh"lə yekunlaşmışdı.

Portuqaliya və Fransa da 10 dəfə bir-birlərinə rəqib olmuşdular. Birincilərin aktivində yalnız 1 qələbə var.

"Xoruzlar" 7 qalibiyyət əldə ediblər, 2 görüşdə qalib müəyyənləşməmişdi.

Xatırladaq ki, 1/4 finalın digər iki oyunu bu gün baş tutacaq.

Avropa çempionatı. 1/4 final cütləri

İspaniya - Almaniya 1:1 (ə.v. 1:0)

Qollar: Dani Olmo, 52, Mikel Merino, 119 - Florian Virts, 89.

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştuttqart. "Ştuttqart Arena".

 Portuqaliya - Fransa 0:0 (pen., 5:3)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq. "Folksparkştadion".