"Braqa"nın əsas qol "silahı": "Qarabağ" fərqli komandadır"

"Braqa"nın əsas qol "silahı": "Qarabağ" fərqli komandadır"

"Braqa"nın əsas qol "silahı" Rikardo Horta Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la oyunundan öncə fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, o, Portuqaliya çempionatının son turunda "Sportinq"ə böyükhesablı məğlubiyyəti (0:5) unutmalı və qarşıdakı matça hazırlaşmalı olduqlarını deyib.

"Hər oyunun öz tarixçəsi var. İndi üzərimizə düşən “Sportinq”lə matçdakı səhvlərdən nəticə çıxarmaq və “Qarabağ”la görüşə köklənməkdir. Rəqibi təhlil edirik. "Qarabağ" fərqli komandadır. Cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq istəyirik".

Fevralın 15-də keçiriləcək "Braqa" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab qarşılaşması fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.