"Sabah"dan ayrılan forvard Misir klubu ilə müqavilə bağladı
Bu ilin yayında "Sabah"dan ayrılan Emmaneul Apeh Misir klubuna keçib.
Mediasport.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını Yüksək Liqa təmsilçisi "Əl-İttihad"da davam etdirəcək.
Forvard İskəndəriyyə klubu ilə mövsümün sonuna qədər müddəti əhatə edən müqavilə bağlayıb.
2022-ci ilin yayında "Sabah"a keçən Apeh bu müddətdə bütün turnirlər daxil, 75 oyuna 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalmışdı.