Millimiz Bəhreynə yollandı
Bəhreyndə keçiriləcək Gimnaziada İdman Oyunlarında ölkəmizi 14 taekvondoçu təmsil edəcək.
Mediasport.az xəbər verir ki, taekvondo üzrə yarışlar 27, 28 və 30 oktyabr tarixlərində keçiriləcək.
Yarışda beynəlxalq dərəcəli referi Gündüz Abdullayev ölkəmizi hakim kimi təmsil edəcək.
Milli komandamızın heyətində oğlanlar arasında Mehdi Budaqlı (45 kq), Kənan Əliyev (48 kq), Bahadur Dostuyev (51 kq), Ülvi Abdullayev (55 kq), Aydın Süleymanov (59 kq), Əbdülsübhan Dadaşlı (63 kq), Bilal Enis Turan (68 kq), Elcan Əliyev (78 kq), Allahverdi Məmmədov (+78 kq), qızlar arasında Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufer Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq) və Sehri Cəlalova (55 kq) mübarizə aparacaqlar.
71 ölkənin iştirak edəcəyi yarışda Azərbaycan 16 idman növündə 18 yaşadək 160 idmançı ilə təmsil olunacaq.