"Sabah" Kiyev "Dinamo"sunun üzvünü transfer edib - RƏSMİ
Ötən mövsümü icarə əsasında "Sabah"da keçirən Kahim Parris paytaxt klubuna transfer olunub.
Mediasport.az xəbər verir ki, müqavilə əsasında Ukraynanın "Dinamo" (Kiyev) kollektivinə məxsus olan yamaykalı hücumçu ilə "Sabah" arasında 4 illik sözləşmə imzalanb.
Qeyd edək ki, Bakı klubunun heyətində 31 oyuna çıxan Parris 4 qol vurub və 8 məhsuldar ötürmə edib.