"Şamaxı" Türkiyəyə gedir

"Şamaxı" Türkiyəyə gedir

“Şamaxı" qış təlim-məşq toplanışına yanvarın 3-ü start verəcək.

mediasport.az xəbər verir ki, hazırlığın ikinci mərhələsi üçün komanda yanvarın 8-də Antalyaya yollanacaq və “Kamilya Selin” otelində məskunlaşıb yanvarın 19-na kimi məşqlərini orada davam etdirəcək.

Qış təlim-məşq toplanışında 4 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. İlk oyunun yanvarın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi "Kaysar"la keçirilməsi razılaşdırılıb. Digər 3 oyunun keçirilmə tarixi və rəqiblərin dəqiqləşdirilməsi ilə əlaqədar danışıqlar davam etdirilir.