Natalya Bulanova seminar keçəcək
Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru və bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Natalya Bulanova Bakıda seminar keçəcək.
Mediasport.az xəbər verir ki, tədbir dekabrın 6-7-də Milli Gimnastika Arenasında baş tutacaq tədbir və 10:00-da start götürəcək.
Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü 2025-2028-ci illər üçün yeni qaydalarla bağlı hakimlər üçün seminar təşkil edəcək.