"Turan Tovuz"un liderliyi və məğlubiyyətsizliyi davam edir

"Turan Tovuz"un liderliyi və məğlubiyyətsizliyi davam edir

Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

Medallara iddialı "Zirə" uğursuzluq zolağından çıxmağa çalışan "Neftçi"ni məğlub edib.

Turnir cədvəlinin lideri "Turan Tovuz" isə məğlubiyyətsizlik seriyasını "Sabah" səfərində də davam etdirərək zirvədəki mövqeyini qoruyub.

Buna qədər "Araz-Naxçıvan" "Kəpəz"i (1:0), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Qarabağ" "Səbail"i məğlub edib (2:1).

Azərbaycan Premyer Liqası. 6-cı tur


"Zirə" - "Neftçi" 2:0

Qollar: Salifu Suma, 1, Rafael Utsiq, 60.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Zirə İK stadionu.

"Sabah" - "Turan Tovuz" 2:2

Qollar: Cesse Sekidika 7, 46 - Roderik Miller, 35, Ayxan Hüseynov, 76.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

"Bank Respublika Arena".



1 Turan Tovuz 6 4 2 0 8-2 14
2 Qarabağ 5 4 0 1 12-4 12
3 Sabah 6 3 2 1 12-9 11
4 Araz-Naxçıvan 5 3 1 1 5-5 10
5 Zirə 5 3 0 2 9-5 9
6 Şamaxı 5 2 2 1 4-3 8
7 Sumqayıt 6 2 0 4 5-7 6
8 Səbail 6 1 1 4 8-10 4
9 Neftçi 6 0 4 2 2-6 4
10 Kəpəz 6 0 0 6 2-16 0


Bombardirlər:

Cesse Sekidika ("Sabah") - 4 qol

Davit Volkov ("Zirə") - 3 qol

Coy Lens Mikels ("Sabah") - 3 qol

Abdullah Zubir ("Qarabağ") - 2 qol

Riçard Almeyda ("Qarabağ") - 2 qol

Leandro Andrade ("Qarabağ") - 2 qol

Xəyal Nəcəfov ("Turan Tovuz") - 2 qol

Ayman Bouali ("Səbail") - 2 qol

Suleyman Alluş ("Səbail") - 2 qol

Fərid Nəbiyev ("Səbail") - 2 qol

Namik Ələskərov ("Sabah") - 2 qol