"Sabah" "Olimpiakos"a qarşı
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirəcək.
MediaSport.az xəbər verir ki, Masazır klubu toplanış çərçivəsində keçirəcəyi son yoxlama matçında Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.
Görüş iyulun 19-da, Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00-da) Kematen stadionunda baş tutacaq.
Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Əl-Sədd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubu ilə görüşüb.