"Neftçi" heyətini gücləndirdi
"Neftçi"nin basketbol komandası heyətini yeni oyunçularla gücləndirib.
Mediasport.az xəbər verir ki, Azərbaycan Basket Liqasında mübarizə aparan komanda ABŞ-dən olan iki basketbolçu ilə anlaşıb.
Derrel Camal Brentli və De Ancelo Uilyam Stüart ilə müqavilə imzalanıb.
"Ağ-qaralar" daha əvvəl Ayzeya Lyuis, Alonso Kempbel, Broderik Robinson və Bobi Harvi ilə vidalaşıblar.