"Qəbələ"də kapitan qayıtdı, qalanlarını gözləyirlər - Sağlamlıq bülleteni

"Qəbələ"də kapitan qayıtdı, qalanlarını gözləyirlər - Sağlamlıq bülleteni

“Qəbələ”nin üç futbolçusu komandanın növbəti oyuna hazırlıq prosesində iştirak etmir.

Klubdan mediasport.az saytına verilən məlumata görə, Rüfət Əhmədov əməliyyatdan sonrakı reabilitasiya dövrü keçir.

Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir. Premyer Liqanın 12-ci turunun “Sabah”la səfər oyununda (1:2) zədələnən Rafael Utziqin müalicəsi davam edir. Mikrozədəsi olan kapitan Asif Məmmədov isə artıq sıraya geri dönüb. Təcrübəli futbolçu son məşqdə iştirak edib.