Azərbaycan millisi Daşkənddə beynəlxalq turnirdə 3-cü yeri tutdu

  Azərbaycan millisi Daşkənddə beynəlxalq turnirdə 3-cü yeri tutdu

İdman gimnastikası üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirində uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, komandamız bürünc medal qazanıb.

Nikita Simonov, Mənsum Səfərov, Rəsul Əhmədzadə və İvan Tixonovdan ibarət heyət 3-cü yeri tutub.