Liderlər üçün uğurlu həftə - Premyer Liqada 26-cı tur tamamlandı

Liderlər üçün uğurlu həftə - Premyer Liqada 26-cı tur tamamlandı

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.

mediasport.az xəbər verir ki, turun son görüşü Şamaxı şəhərində baş tutub.

"Neftçi" səfərdə çətin qələbə qazanıb. Turun digər görüşlərində "Kəpəz" - "Zirə" və "Tuan Tovuz" - "Qəbələ" oyunları heç-heçə bitib (1:1), "Sabah" və "Qarabağ" isə müvafiq olaraq, 4:0 və 3:0 qələbələrə sevinib.


Premyer Liqa. 26-cı tur


12 mart (bazar)

15:00. “Şamaxı” – “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Emin Cəfərov

Şamaxı şəhər stadionu

1 Qarabağ 26 21 5 0 64-15 68
2 Sabah 26 18 5 3 57-18 59
3 Neftçi 26 17 4 5 47-22 55
4 Zirə 26 10 7 9 30-34 37
5 Qəbələ 26 8 9 9 30-32 33
6 Turan Tovuz 26 7 6 13 20-34 27
7 Sumqayıt 26 5 6 15 17-44 21
8 Kəpəz 26 4 9 13 25-47 21
9 Şamaxı 26 4 8 14 23-41 20
10 Səbail 26 4 5 17 19-45 17

Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 18 qol

Ramil Şeydayev ("Qarabağ") - 17 qol

Emin Mahmudov ("Neftçi") - 13 qol

Coy Lens Mikels ("Sabah") - 13 qol

Aleksey Kaşuk ("Sabah") - 11 qol