SOCAR Türkiyənin nəhəng klubu ilə sponsorluq müqaviləsi imzaladı
Türkiyə mətbuatının aprel ayında tirajladığı "SOCAR-la "Qalatasaray" anlaşır" xəbəri təsdiqini tapıb.
MediaSport.az xəbər verir ki, ARDNŞ Türkiyə nəhəngi ilə sponsorluq müqaviləsi bağlayıb.
İstanbul klubu anlaşmadan illik 5 milyon dollar qazanacaq. Razlılığa əsasən, “cim-bom” avrokubok oyunlarına üzərində SOCAR yazılı forma ilə çıxacaq. Müqavilənin müddətinin 4 il olduğu deyilir.