Kristiano Ronaldodan yeni rekord

Kristiano Ronaldodan yeni rekord

Dünya futbolunun canlı əfsanəsi Krsitiano Ronaldo yeni rekorda imza atıb.

Mediasport.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı milli səviyyəsində rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.

Avropa çempionu yubiley-rekord qələbəsini dünən UEFA Millətlər Liqasının Polşa yığması ilə səfər matçında rəsmiləşdirib.

Ronaldo pireneylilərin 3:1 hesabı ilə qalib gəldiyi görüşün 37-ci dəqiqəsində komandasının ikinci qolunu vurub.