Azərbaycanın 3 idmançısı 8 illik diskvalifikasiya edildi - DOPİNQ
Azərbaycanın 3 idmançısı anti-dopinq qaydalarının pozuntusuna görə cəzalandırılıb.
mediasport.az xəbər verir ki, pauerliftinqçilərdən Elmin Niftəliyev 4 il, Ramil Əhmədov 2 il, ağırlıqqaldıran Səxavət Babayev 2 illik diskvalifikasiyaya məruz qalıb.
Hər üç dopinq-test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerləri aşkarlanıb.
Niftəliyev və Əhmədovun cəzası 2021-ci il noyabrın 18-dən, Babayev də isə bu il iyulun 26-da qüvvəyə minib.